İraqda iki türk əsgəri şəhid olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub.
Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, hücum nəticəsində 2 əsgər şəhid olub: "İyunun 2-də İraqın şimalında yol tikintisi zamanı hərbi iş maşınına separatçı terror təşkilatı mənsubları tərəfindən həyata keçirilən hücum nəticəsində, iki silah dostumuz şəhid olub, biri isə ağır yaralanıb".
Qeyd edək ki, son günlər keçirilən əməliyyatlar nəticəsində Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.