Modern.az

Qasırğa 7 can aldı

Qasırğa 7 can aldı

2 İyun 2018, 22:24

 Qasırğa 7 nəfərin həyatına son qoydu. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kubada "Alberto" qasırğası nəticəsində ölənlərin sayı 7-yə çatıb, 2 nəfər isə itkin düşüb.

Qasırğa səbəbi ilə Sankti-Spiritus, Syenaueqos və Vilya-Klara əyalətlərində 20 mindən artıq insan təxliyə edilib.

Ölkədə 44 mindən artıq ev elektrik enerjisiz qalıb, telefon rabitəsi pozulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır