Belarus prezidenti Aleksandr Lukaşenko Qrodnensk vilayəti üzrə müşaviri Serqey Rovneykonun həbs olunmasını özünəməxsus şəkildə şərh edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hələ il yarım əvvəl Rovneykonun gəlirləri haqqında bəyannaməsi onda müəyyən şübhələr doğurub: “Ona sual verdim, bu qədər cah-cəlal səndə hardan? Onlarla avtomobil, onlarla mənzil. Adi məmur və onun ailəsinin belə yaşaması düzgün deyil. Özünü cinayətkar kimi aparırdı, xalis quldur idi....biznesmenlərlə iş aparan zaman özünü “bəy balası” kimi aparırdı”.
Prezidentin sözlərinə görə, Rovneyko Qrodnensk vilayətində tütün satıcılarından külli miqdarda rüşvət toplayıb.