Modern.az

Gürcüstanda istefa tələbi

Gürcüstanda istefa tələbi

3 İyun 2018, 20:44

Gürcüstanı paytaxtı Tiflisdə yenidən etiraz aksiyaları başlayıb. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiyaya bir sıra müxalif partiya və hərəkatlar da dəstək verir.

Məlumata görə, aksiya iştirakçıları ədalət tam bərpa olunana qədər hökumətin istefasını tələb etməkdə qərarlıdırlar.

Axşama doğru aksiyanın daha kütləvi xarakter alacağı bildirilir.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər. Məhkəmənin cinayəti törədən şəxsləri qismən təqsirli bilməsi ölənlərin ailə və yaxınlarının ciddi qəzəb və etirazına səbəb olub. Nəticədə Tiflisdə genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalardan sonra ölkənin baş prokuroru istefaya gedib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır