Modern.az

Hava limanı fəaliyyətini müvəqqəti dayandırdı

Hava limanı fəaliyyətini müvəqqəti dayandırdı

3 İyun 2018, 21:34

Almaniyanın Hamburq beynəlxalq hava limanı elektrik xətlərindəki qısa qapanmadan sonra fəaliyyətini müvəqqəti dayandırıb. Modern.az xəbər verir ki, bu barədə aeroportun rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Məlumata görə, hava limanı uçuşları bu günlük dayandırmaq məcburiyyətindədir: “Baş vermiş nasazlığı aradan qaldırmaq mümkün olmadı. Təhlükəsiz fəaliyyət üçün hava limanına alternativ enerji mənbəyi lazımdır”.

Hava limanına gələn yollar polis qüvvələri tərəfindən bağlanıb.

Qeyd edək ki, Hamburq hava limanı gün ərzində 17 milyon sərnişinə xidmət göstərir. Bu göstərici Almaniya hava limanları arasında beşincidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır