Modern.az

Parlament seçkilərində demokratlar qalib gəldi

Parlament seçkilərində demokratlar qalib gəldi

4 İyun 2018, 00:43

Sağ-mərkəzçi düşərgənin əsas təmsilçisi, sloveniyanın sabiq baş naziri Yaneş Yanşanın rəhbərlik etdiyi Sloveniya Demokratik Partiyası (SDS) ölkədə keçirilən parlament seçkilərində qalib gəlib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “exit-poll”un nəticələrinə görə, seçicilərin 24,4 faizi SDS-ə səs verib. Bununla da sözügedən partiya parlamentdəki 90 yerdən 25-ni əldə edə bilər.

Seçkilərə birinci dəfə qatılan “Maryan Şaretsin siyahısı” partiyası isə 12,6 faiz səslə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə isə ölkənin hazırki baş naziri Miro Tserarın rəhbəri olduğu Sosial-Demokratlar Partiyasıdır (SD). Partiya 9,3-9,9 faiz aralığında səs toplayıb.

Seçkilərin yekun nəticələri yaxın günlərdə elan olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır