Modern.az

Fələstinlilər Messidən İsraillə bağlı xahiş etdilər

Fələstinlilər Messidən İsraillə bağlı xahiş etdilər

4 İyun 2018, 11:32

Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Rajub “Argentina” və “Barselona” klubunun hücumçusu Leonel Messiyə çağırış edib.

 

Modern.az “Sovetskiy Sport” nəşrinə istinadən xəbər verir ki, Rajub Messini İsraillə keçiriləcək yoldaşlıq oyununda iştirak etməməyə çağırıb.

“Messi, iştirak etmə. İrqçiliyə haqq qazandırma” – Rajub çağırış edib.

 

Bununla yanaşı Federasiya rəhbəri müsəlman fanatları, məşhur futbolçunun iştirak edəcəyi təqdirdə onun şəkil və futbol köynəklərini yandırmağa çağırıb.

 

Qeyd edək ki, Argentina və İsrail arasında keçiriləcək yoldaşlıq maçı iyunun 9-da baş tutacaq.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır