Modern.az

Universitetdə partlayış: 14 ölü

Universitetdə partlayış: 14 ölü

4 İyun 2018, 14:11

Əfqanıstanın paytaxtı Kabildə Politexnik Universitetdə partlayış baş verib.

 

Modern.az “TOLOnews”un “Twitter” səhifəsinə istinadən xəbər verir ki, partlayış nəticəsində 14 nəfər həyatını itirib.

 

Hadisə universitetdə ilahiyyatçı alimlərin yığıncağı zamanı baş verib. Partlayış yığıncaq bitməmiş baş tutub.

Partladıcının terrorçu kamikadze tərəfindən işə salındığı ehtimal edilir.

 

Son məlumatlara görə içərisində 7-si ilahiyyatçı, 4-ü təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 14 nəfər həyatını itirib. Ölənlərdən qalan üçünün kimliyini müəyyənləşdirmək hələ ki, mümkün olmayıb.

Daha 17 nəfərin isə yaralandığı bildirilir.

 

Əvəz ZEYNALOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır