Milli Məclisin payız sessiyasında “Eks-prezidentlər haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq. Bu barədə Modern.az saytına Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsindən məlumat verilib.
Modern.az saytının komitəıdən əldə etdiyi məlumata görə, “Eks-prezidentlər haqqında” qanun indiyədək Azərbaycan prezidenti seçilmiş hər üç şəxsə - Ayaz Mütəllibov, Əbülfəız Elçibəy və Heydər Əliyevə şamil olunacaq.
Qeyd edək ki, indiyədək Milli Məclisin bəzi deputatları, xüsusilə bir sıra YAP-çı parlamentarilər “Eks-prezidentlər haqqında” qanunun səlahiyyət müddətləri başa çatmadan prezident postunu tərk etmiş Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunmasına qarşı çıxırdılar.
Modern.az