Modern.az

TQDK: "Kolleclərə keçirilən imtahanların nəticəsi bu gün açıqlanacaq"

TQDK: "Kolleclərə keçirilən imtahanların nəticəsi bu gün açıqlanacaq"

Təhsil

2 Sentyabr 2011, 10:29

Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrini bu gün axşamüstü açıqlayacaq.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a məlumatında bildirib ki, avqustun 28-də keçirilən orta təhsil bazasından (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanın nəticələri günün sonuna kimi elan olunacaq.

Qeyd edək ki, orta təhsil bazasından (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanda iştirak etmək üçün sənəd vermiş 31251 abituriyentdən 433 nəfəri imtahana  gəlməyib. Abituriyentlərdən 52 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım