“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən həyata keçirilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Layihənin məqdəsi korrupsiya problemləri ilə üzləşən vətəndaşlara-korrupsiya şahidləri və korrupsiyanın qurbanlarına çevrilən hər bir kəsə pulsuz hüquqi yardım göstəmək və dövlət qurumları ilə əməkdaşlıq şəklində vətəndaşların şikayətlərinin qanuni həllinə çalışmaqdır. Layihə həmçinin vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etmək məqsədi daşıyır. Layihənin başlıca missiyası isə vətəndaşlara pulsuz hüquqi yardım göstərmək və məsləhət verməkdir.
Layihə “Şəffaflıq Azərbaycan” təşkilatının 3 mərkəzi Bakı, Gəncə və Quba mərkəzi tərəfindən həyata keçirilir.
ALAC layihəsi ilə yanaşı, «Şəffaflıq Azərbaycan» təşkilatı regional mərkəzləri vasitəsilə ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Qanunun Aliliyi və Hüquqi Məsləhət (LRC) layihəsini də həyata keçirir. Hüquq Resurs Mərkəzi layihəsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyi tərəfindən həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət mərkəzi (ALAC) layihəsinin əsasında yaradılıb. Layihənin əsas məqsədi məhkəmə sistemi ilə əməkdaşlığı yüksəltmək, müvafiq instutlarla əlaqələri artırmaq, məhkəmə üsulları və qanunvericilk sahəsində irliləyişlərə nail olmaq və sadə vətəndaşların məhkəməyə çıxışını asanlaşdırmaqdır. LRC Layihəsi “Şəffaflıq Azərbaycan” təşkilatının 3 mərkəzi Gəncə, Şəki və Lənkəran mərkəzləri tərəfindən icra olunur.
“Şəffaflıq Azərbaycan”dan Modern.az-a bildirilib ki, geridə qalan 3 ay (rüb) ərzində mərkəzlərə ümumilikdə 930 ilkin zəng və şikayət daxil olub (Bakı - 152, Gəncə - 148, Lənkəran - 130, Quba - 268 və Şəki - 232).
“Mərkəzlərə şikayət ilə müraciət edən kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Bu hal özünü daha çox kənd yerlərində büruzə verir. Bunun əsas səbəblərindən biri kimi milli mentaliteti və eyni zamanda qadınların birbaşa müraciət edib, problemlərinin özləri vasitəsi ilə həll edilməsinə bir o qədər də maraqlı olmamasını göstərmək olar. Amma maraqlıdır ki, Gəncədə mərkəzlərə müraciət edən vətənddaşlar arasında qadənlar kişilərlə müqayisədə daha çoxdur.
Lənkəran, Bakı, Gəncə və Şəki mərkəzlərində ən aktiv yaş qrupu orta yaşlı əhali hesab edilir. Yaşlı əhalinin ən aktiv olduğu mərkəz kimi Quba mərkəzimizi göstərə bilərik”-deyə “Şəffaflıq Azərbaycan”dan bildirilib.
Mərkəzlər üzrə müraciətlərin ən çox ünvanlandığı sahələr müxtəlifdir. Amma şikayətlərin ünvanlandığı sahələri nəzərdən keçirərkən ən çox narahatçılıq doğuran sahələrin məhkəmə, pensiya və ünvanlı sosial yardım, icra orqanları, polis, bələdiyyə (əsasən regionlarda) və kommunal xidmət sahələri ilə bağlı olduğu diqqət çəkir. Məhkəmələrlə bağlı şikayətlər ümumi şikayətlərin 17%-ni təşkil edir. İkinci sırada polisdir. Polislə bağlı mərkızlərimizə müraciət vətəndaşlar ümumi şikayətlərin 10% -i həddindədir. Xüsusuilə Gəncə mərkəzində polislə bağlı şikayətlər daha çoxdur. Quba mərkəzində də Polisin qanunsuz fəaliyyəti ilə bağlı şikayət edənlərin sayında çoxluq müşahidə olunur.
Pensiya və ünvanlı sosial yardım sahəsindən edilən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusən regionlarda bu sahədə xeyli şikayətlər qəbul olunur. Amma bununla belə o da vurğulanmalıdır ki, bu sahədən şikayət edən şəxslərin əksəriyyəti qanunvericilk normalarını tam bilmir və onlara verilməli olan imtiyazlar barəsində tam məlumatlı deyillər. Bununla belə maraqlıdır ki, şikayətləri müsbət həll olunan şikayətçilərin də çoxu məhz bu sahədəndir. Xüsusilə regionlarda fəaliyyət göstərən sosial müdafiə mərkəzləri, verilən şikayətlərə vaxtında baxıb onları həll etməkdə fəallıq nümayiş etdirirlər.
“Ümumiyyətlə edilən müraciətlərə dövlət qurumları tərəfindən verilən cavablar qurumdan quruma fərqlənir. Beləki, son rüb ərzində təşkilat tərəfindən Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərenerji” ASC və Azərbaaycan Respublikası Baş Prokurorluğuna göndərilən müraciətlərə verilən cavablar daha qanedici və ətraflıdır. Bununla belə Daşınmaz Əmlakın Dövlət Reyestri, Ədliyyə Nazirliyi tərəfindən verilən cavabların qanedicilik səviyyəsi yüksək deyil. Adları sadalanan qurumlar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində çalışmağa səy göstərsələr də, əməli fəaliyyətin hiss edilməsi baxımından çatışmazlıqlar mövcuddur”.
Modern.az