Modern.az

Baş nazirə bir həftə vaxt verildi

Baş nazirə bir həftə vaxt verildi

Dünya

5 İyun 2018, 00:56

“10 iyuna qədər hökumətdən cinayətin təkrar istintaqı ilə bağlı konkret addımlar gözləyirəm”. Modern.az xəbər verir ki, bu sözləri ötən il Tiflisdə qətlə yetirilən 16 yaşlı yeniyetmə - David Saralidzenin atası Zaza Saralidze Gürcüstan Baş naziri Georgi Kvirikaşvili ilə görüşündən sonra deyib.

“Baş nazir mənə dedi: İstəyirsənsə, elə indi postumu tərk edə bilərəm. Lakin mən konkret addımlar gözləyirəm”, - deyə Z.Saralidze bildirib.

O eyni zamanda əlavə edib ki, şəhərin mərkəzində aksiyalar davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər. Məhkəmənin cinayəti törədən şəxsləri qismən təqsirli bilməsi ölənlərin ailə və yaxınlarının ciddi qəzəb və etirazına səbəb olub. Nəticədə Tiflisdə genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalardan sonra ölkənin baş prokuroru istefaya gedib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır