Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın iyunun 12 Sinqapurda görüşəcəyini təsdiq edib.
Modern.az “Bloomberg” agentliyinə istinadən bildirir ki, görüş Sinqapur vaxtı ilə səhər saat 9-da (Bakı vaxtı ilə saat 5-də) baş tutacaq.
Hazırda ABŞ nümayəndə heyəti Sinqapurda Şimali Koreya nümayəndə heyəti ilə görüşün təhlükəsizlik məsələlərini müzakirə edirlər.
Sanders heyətin görüşün başlamasına qədər orada qalacağını bildirib.
Əvəz ZEYNALOV