Modern.az

ABŞ-da Trampın adı hallanan məhkəmə prosesi davam edir

ABŞ-da Trampın adı hallanan məhkəmə prosesi davam edir

Dünya

5 İyun 2018, 10:32

ABŞ Ədliyyə Nazirliyi Nyu-York Məhkəməsinin prezident Donald Tramp haqda verdiyi qərarı apelyasiya məhkəməsinə şikayət edib.

 

Modern.az “Politico” nəşrinə istinadən xəbər verir ki, nazirlik məhkəmənin Trampın öz “Twitter” hesabında bloka saldığı oxucularını blokdan çıxarması ilə bağlı qərarını şikayət edib.

 

Qəzetin bildirdiyinə görə Nazirliyin üç nümayəndəsi bazar ertəsi axşamı Trump və Ağ Evin sosial şəbəkələrinin direktoru Dan Skavino adına ikinci rayon Apelyasiya Məhkəməsinə müraciət edib.

 

Bundan əvvəl də Manhetten federal məhkəməsi də analoji qərar qəbul edib. Hakim Naomi Buxvald Trampın fərdi şəxsləri öz “Twitter” hesabında bloka salmasını ABŞ Konstitusiyasına Birinci Düzəlişi pozduğunun bildirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır