Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Xarici işlər komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 4-dən İtaliyanın Kaserta şəhərində səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Lissabon müqaviləsinin Avropa Şurasına təsiri, Fələstin Milli Şurasının demokratiya üzrə tərəfdaş statusu almaq üçün quruma müraciəti, dini icmalara qarşı zorakılıq və s. məsələlər müzakirə olunacaq.
Səfər sentyabrın 7-də başa çatacaq.
Modern.az