Modern.az

“Orqan transplantasiyasındakı problemlərin səbəbini araşdırırıq”  

“Orqan transplantasiyasındakı problemlərin səbəbini araşdırırıq”    

5 İyun 2018, 12:29

“Orqan və toxumaların transplantasiyası çox geniş yayılıb. Dünyada ildə təxminən, 300 min orqan və toxumanın transplantasiyası həyata keçirilir. Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması ilə bağlı müraciətlər daxil olur. İnsanlar bu sahədəki problemlərdən narahatlıqlarını bildirirlər”.

 

Modern.az-ın  məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

 

Komitə sədri bildirib ki, bunun bir sıra səbəbləri var.

“Biz bu səbəbləri araşdırırıq. Bu həm də qanunda olan boşluqlarla əlaqədardır. Belə bir problem bütün dünyada mövcuddur. ABŞ-da ildə 10 min böyrək, 4 min qaraciyər, 2 min ürək transplantasiya edilirsə, buna ehtiyac iki dəfə artıqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər