Modern.az

YAP "Müasir Azərbaycan-20» adlı yazı müsabiqəsi elan etdi

YAP "Müasir Azərbaycan-20» adlı yazı müsabiqəsi elan etdi

2 Sentyabr 2011, 17:27

Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında «Müasir Azərbaycan-20» adlı yazı müsabiqəsi elan edib. Modern.az xəbər verir ki, müsabiqədə yaşı 35-ə qədər olan hər bir Azərbaycan gənci iştirak edə bilər.

Yazılar xüsusi olaraq yaradılmış münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir.
Müsabiqənin qalibləri aşağıdakı formada mükafatlandırılacaqdır.

I yer - 1 nəfər        1500 manat
II yer - 1 nəfər        1000 manat
III yer - 1 nəfər        500 manat
Həvəsləndrici mükafat - 3 nəfər 300 manat

Qaliblərə həmçinin, Yeni Azərbaycan Partiyasının xüsusi diplomları təqdim ediləcəkdir.
Müsabiqəyə təqdim olunan bütün yazılar «Yeni Azərbaycan», «İki sahil» və «Səs» qəzetlərində dərc olunacaq.
Müsabiqənin şərtlərinə dair ətraflı məlumat adları çəkilən qəzetlərin 03 sentyabr tarixli sayında dərc olunacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi