Modern.az

Mətbuatın maliyyə imkanlarını necə genişləndirməli? (Təklif var)

Mətbuatın maliyyə imkanlarını necə genişləndirməli? (Təklif var)

Qarabağ

2 Sentyabr 2011, 17:45

İqtisadi və Sosial İnkişaf Mərkəzi mətbuatın iqtisadi baxımdan daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər hazırlayıb

Mətbuatın maliyyə problemləri bu sektorun inkişafında maneə yaradan başlıca amillərdən biridir..Bu gün qonşu ölkələrdən fərqli olaraq  yerli kütləvi informasiya vasitələrinin (KİV) sərbəst maliyyə imkanlarına çıxış imkanları zəifdir. Belə ki, telekanallarda  və yazılı mətbuatda gedən reklamların miqdarı və keyfiyyəti  özəl sektorun  KİV-lə işləməkdə maraqlı olmadığını göstərir.
Məsələn, Türkiyədə reklamın bir dəqiqəsinin qiyməti orta hesabla 30-50 min dollar, Rusiyada 60 min dollar,  Gürcüstanda reklamın bir dəqiqəsi minimum 3000 dollar təşkiil edir. Azərbaycanda isə bu göstərici 1500 dollardır. Azərbaycan televiziyalarının reklamdan gələn illik gəlirləri hətta Türkiyə qəzetlərinin əldə etdikləri vəsaitdən də aşağıdır. Məhz bunun nəticəsidir ki, Rusiya və Türkiyənin reklam bazarı 40 milyard dollar, Gürcüstanda 1 milyon dollardır. Azərbaycanda reklam bazarının həcmi cəmi 352 mln dollardır.

İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, Azərbaycanda KİV-ə Dəstək Fondunun yaradılması  müsbət addım kimi mətbuatın maliyyə imkanlarını müəyyən qədər genişləndirsə də bu, mətbuatın maliyyə problemlərinin tam həllinə gətirib çıxara bilməz:

“Mətbuatın maliyyə imkanlarını genişləndirməsi  yalnız dövlət ayırmaları ilə reallaşmamalıdır. Dünyanın heç bir ölkəsində dövlət mətbuata tam maliyyə dəstəyi vermir. Kütləvi informasiya vasitələri öz maliyyə imkanlarını genişləndirmək üçün müxtəlif gəlir mənbələrindən istifadə edirlər. Son illər Azərbaycan mətbuatının maliyyə potensialı  genişlənsə də, xüsusilə yazılı mətbuatın maliyyə imkanları  məhdud olaraq qalmaqdadır. Mətbuatın maliyyə mənbələrinin tədqiqi göstərir ki, yazılı mətbuatın maliyyə imkanlarının genişləndirilməsi üçün bir sıra real, kompleks adddımlar atılmalıdır”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin bu sahədə konkret təkliflərlə çıxış etdiyini deyən iqtisadçı  Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi mətbuat vergisinin tətbiqini irəli sürür:

“Mətbuat vergisinin tətbiqi şirkətlərə  ödədikləri  verginin bir hissəsini istədiyi mətbu orqana yönəltməyə imkan verəcək.   Nəzərə alsaq ki belə bir tədbir ilk dəfə polşada tətbiq edilib. Belə ki ,Polşa qanunvericiliyinə görə, hər bir şirkət  dövlət büdcəsinə ödəyəcəyi mənfəət vergisinin 2 faizini sərbəst şəkildə hər hansı mətbu orqana ödəyə bilər. Bu zaman şirkət mətbu orqanı seçməkdə müstəqildir.Həmin vergini bir başa mətbu orqanın bank hesabına köçürə bilər. Belə sistemin  Azərbaycanda da tətbiqi daha məqsədəyuğun olardı”.

Azərbaycanda mənfəət vergisinin  20 faiz olduğunu xatırladan V.Bayramovun sözlərinə görə, mətbuat vergisinin tətbiqi mətbuatın inkişafını sürətləndirən amillərdən biri ola bilər: “Şirkətlərin reklam xərcləri ilə bağlı limitləri  aradan qaldırmasına  ehtiyac var. Yaxud da həmin limit iki dəfə artırıla biər.Hazırda limitlərin müəyyən edilməsi şirkətləri mətbuata reklam verməkdə maraqlı etmir. Şirkətlər reklam xərclərini tam olaraq öz ümumi xərclərinə daxil edə bilmirlər. Nəticədə   onların ödənişlərində məcburi ödənişlərin məbləği  azalmır”.

Ekspertin firkincə, şirkətlər reklam xərclərini tam olaraq ümumi xərclərə daxil edərlərsə bu  halda onlar da reklam verməkdə  maraqlı olarlar: “Bu onlara daha az məcburi ödənişlər etməyə imkan verəcək. Digər tərəfdən ödvlət layihələri çərçivəsində keçirlən tenderlərdə həm yazılı həm də elektron mətbuatın iştirakına şərait yaradılmalıdır.  Çünki mətbuatın qiymətləndirmə və monitorinq aparmaq imkanları daha genişdir. Əksər Avropa ölkələrində aparıcı mətbu orqanlar dövlət layihələrində qiymətləndrmə  və monitorinq üzrə tenderlərin qalibi olurlar. Azərbaycanda həm iqtisadiyyat həm də digər sektorlar  üzrə qiymətləndirmə layihəhləri var.    
Həmin layihələr dövlət büdcəsi və ya beynəlxalq təşkilatlardan alınan vəsaitlər hesabına həyata keçirilir. Bütün hallarda həmin tenderlərdə mətbuatın iştirakını təmin etmək üçün qanunvericilik aktlarına dəyişiklik edilməlidir.Həmçinin ölkədə “Sosial sifarişlər”  haqqında qanun qəbul edilməlidir. Bu qanunda mətbuatın sosial sifarişlərdə  iştirakına icazə verilməsi təmin edilməlidir”.   

O, informasiya texnalogiyalarının inkişafının yazılı  mətbuatın maliyyə imkanlarına neqativ təsir etdiyini söyləyir: “Qəzetlərin satışı müəyyən qədər azalıb. Bir sıra aparıcı qəzetlər artıq öz elektron versiyalarına məqalələri tam olaraq yerləşdirmirlər.Bu da oxucuların qəzetləri köşklərdən almasına  hədəflənib. Lakin elə oxucular var ki ölkədən kənarda yaşayırlar. Təklif edirik ki, aparıcı qəzetlər yazılı abunə ilə yanaşı  elektron abunədən istifadə etsinlər. Elektron ubanə üçün ödənişlər bank vasitəsiylə qəzetin hesabına köçürülə bilər.   Yaxud ödəniş plastik  kartlar vasitəlisə edilə  bilər. Belə electron müqavilələr 3, 6 aylıq və yaxud 1 illik ola bilər. Bu zaman internet ünvanındakı əsas yazılara giriş məhdudlaşdırılır və yalnız ad və şifrədən istifadə etməklə oxucu həmin materiallar ilə tanış ola bilir. İnternet ünvanının elektronlaşdırılması eyni ad və şifrədən bir neçə şəxsin istifadə etməsinin qarşısını alır. Əgər system eyni ad və şifrədən istifadə edilməklə eyni vaxtda saytda daxil olma qeydə alırsa o zaman həmin ad və şifrə system tərəfindən “yandırılır” və bu zaman electron abunə üzrə ödənişlər geri qaytarılmır. Bu isə abunəçilərin öz ad və şifrələrinin digərlərinə təqdim etməsinin qarşısını alır”.

Vüqar Bayramov onu da bildirdi ki, xarici ölkələrin təcrübəsini öyrənən mərkəz ekspertləri mətbuatın inkişafına ünvanlanan təklifləri satış kanallarının genişləndirilməsi, yayım şəbəkələrinin yaradılması və s. məsələləri də əhatə edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal