Modern.az

Səudiyyə Ərəbistanında qadın sürücülərə ilk 10 vəsiqə verildi

Səudiyyə Ərəbistanında qadın sürücülərə ilk 10 vəsiqə verildi

Dünya

5 İyun 2018, 14:36

Səudiyyə Ərəbistanında qadınlar sürücülük vəsiqəsi almağa başlayıblar.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Nəqliyyat nazirliyi artıq 10 qadına vəsiqə təqdim edib.

Yeni vəsiqələr alan qadınlar əsasən əvvəllər qadağaya görə xarici ölkələrdən vəsiqə almış insanlardır. Onların xarici vəsiqələri nazirlik tərəfindən yerli vəsiqələrlə dəyişdirilib.

 

Maşının idarə edilməsinə aid qadağa isə iyunun 24-də aradan tam qaldırılacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların maşın sürməsinə icazə verilməyən yeganə ölkə idi. Kral Selmanın imzaladığı yeni qərarla bu qadağa iyunun 24-də qüvvədən düşür.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır