Modern.az

Bakıda Dünya Gənclər Bankı Şəbəkəsinin ofisi açıldı (FOTOLAR)

Bakıda Dünya Gənclər Bankı Şəbəkəsinin ofisi açıldı (FOTOLAR)

Təhsil

2 Sentyabr 2011, 17:57

Sentyabrın 2-də BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyi lə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin  (WYBN) Türkiyə, İran və MDB ölkələri də daxil olmaqla 14 ölkə üzrə Azərbaycanda regional ofisinin açılış mərasimi olub.
Qeyd edək ki,  2002-ci ildə yaradılan bu təşkilat BMT- nin İqtisadi Komissiyası və Global Compact, Dünya Bankı tərəfindən təsis edilib. Təşkilatın əsas fəaliyyət istiqaməti BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq fəaliyyət göstərməsi, gənclər üçün yeni iş yerlərinin açılması və digər proqramları həyata keçirməkdir.

Azərbaycanda fəaliyyət göstərəcək bankın regional ofisi Şəbəkənin sayca altıncı regional ofisi olacaq.
Dünya Gənclər Bankı Şəbəkəsinin Türkiyə, İran və MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli deyib ki, Dünya Gənclər Bankı Şəbəkəsi gələn ildən Azərbaycanda gənc sahibkarlara kreditlərin verilməsinə başlayacaq. Onun sözlərinə görə, kreditlər ilkin olaraq 3 min ABŞ dolları məbləğində iki il müddətində veriləcək.
V.Hüseynli bildirib ki, DGBŞ-in sayca altıncı regional ofisinin Azərbaycanda açılması əlamətdar hadisədir.
"Ofisdən region ölkələrinin gəncləri geniş istifadə edə biləcəklər. 2002-ci ildə yaradılan şəbəkənin əsas məqsədi BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq fəaliyyət göstərmək, gənclər üçün yeni iş yerləri açmaq və digər proqramlar həyata keçirməkdir".






Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım