Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar iclasının gündəliyi məlum olub.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Qurum rəsmisi bildirib ki, parlamentin iyunun 12-də keçiləcək növbədənkənar iclasının gündəliyinə 23 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında;
2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi 3-cü oxunuşda;
3. “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik;
4. Azərbaycan Respublikası hökuməti ilə Hindistan Respublikası hökuməti arasındakı diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Sazişin təsdiq edilməsi;
5. Dərc olunmuş əsərlərin kor, görməqüsurlu və ya çap məhsullarının oxunmaqla bağl başqa əlilliyi olan şəxslər üçün əlçtanlığı asanlaşdırmağa dair Mərakeş Müqaviləsinə qoşulmaq haqqında;
6. “Dövlət sirri haqqında” qanuna dəyişiklik;
7. “Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik;
8. “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik;
9. “Mülki müdafiə haqqında” qanuna dəyişiklik;
10. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;
11. Vergi Məcəlləsinə dəyişiklik;
12. Əmək Məcəlləsinə dəyişiklik;
13. “Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanuna dəyişiklik;
14. “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;
15. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
16. “Təhsil haqqında” qanuna dəyişiklik;
17. Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi;
18. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
19. “Bədən tərbiyyəsi və idman haqqında” qanuna dəyişiklik;
20. “Məşğulluq haqqında” qanun 2-ci oxunuşda;
21. Əmək Məcəlləsinə dəyişiklik;
22."Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsi 2-ci oxunuşda”;
23. “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun layihəsi 1-ci oxunuşda.