Modern.az

Tramp Demokratları ittiham etdi

Tramp Demokratları ittiham etdi

Dünya

5 İyun 2018, 17:50

ABŞ prezidenti Donald Tramp BMT tərəfindən ona ünvanlanmış ittihamları geri çevirib.

 

Modern.az ABŞ rəhbərinin “Twitter” hesabına istinadən xəbər verir ki, o da öz növbəsində bu işdə rəqibi Demokratlar partiyasını ittiham edib.

Beynəlxalq təşkilat ABŞ dövlətinin miqrantlarla iş mexanizmini tənqid edərək, uşaqların ailələrindən ayrılmasının yol verilməz olduğunu qeyd edib.

 

“Sərhəddə ailələrin bölünməsi bu pis qanunvericiliyin günahıdır. Sərhəd təhlükəsizliyi ilə bağlı qanunlar dəyişdirilməlidir, lakin demokratlar heç cür birlikdə hərəkət etməyə başlaya bilmirlər! Divara başlayırıq” – “Twitter” hesabında yazan Tramp diqqəti özünün müəllifi olduğu sərhəd boyu divar çəkilişi məsələsinə çəkib.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Ravin Şamdasani ABŞ-ın cənub sərhədi boyunca miqrantlara qarşı tətbiq edilən prosedura tənqid edib. Onun qeydlərinə görə sərhəddə qeyri-qanuni keçid zamanı tutulan miqrantlar cinayət məsuliyyətinə cəlb olunur. Onların övladları isə əllərindən alınır. Şamdasani, ailəni ayırmaq praktikasının ailə həyatı üçün qanunsuz bir müdaxilə olduğunu və uşaq hüquqlarının ciddi şəkildə pozulması kimi dəyərləndirildiyini bildirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır