Modern.az

Beş deputat Fransaya gedir

Beş deputat Fransaya gedir

Təhsil

2 Sentyabr 2011, 18:45

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə  heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rəfael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının daimi komitələrinin sentyabrın 7-dən 12-dək Parisdə keçiriləcək iclaslarında iştirak etmək üçün Fransaya səfər edəcəklər.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.

Məlumatda qeyd edilir ki, Hüquqi işlər və insan haqları, Monitorinq, Qadınlar və Kişilər üçün bərabər imkanlar, sosial, səhiyyə və ailə işləri üzrə komitələrinin toplantılarında  dövlət  sirri  və milli təhlükəsizlik məsələləri, terrorizmə  qarşı mübarizə,  onlayn mətbuatda  məxfiliyin və  şəxsi məlumatların mühafizəsi, Ermənistanda demokratik təsisatların fəaliyyəti, Serbiyada öhdəliklərin yerinə yetirilməsi, Türkiyədə mövcud  durum, dünyada qadın hüquqlarının qorunması, siyasi partiyalarda  gender  bərabərliyinin təşviqi və digər məsələlər  müzakirə ediləcək.

Qurumun Mədəniyyət, elm və təhsil  üzrə komitəsinin iclası İsveçrənin Stokholm şəhərində keçiriləcək. Burada Azərbaycan parlamentini Mədəniyyət  komitəsinin sədr müavini Rəfael Hüseynov təmsil edəcək.  Komitədə  Avropada mədəni abidələrinin qorunması prioritetləri, audiovizual  mədəni irsin mühafizəsi məsələləri müzakirə ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım