Modern.az

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

Dünya

5 İyun 2018, 23:51

Gürcüstan Suriya ilə diplomatik əlaqələri dayandırıb. Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına dair nota göndərib. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, 1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib.

Sənəddə bildirilir ki, Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edi: “Suriya Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub. Bununla əlaqədar olaraq, Gürcüstan tərəfi ölkə hökumətinin 31 may 2018-ci il tarixli qərarı əsasında "Gürcüstan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik münasibətlərə dair" sazişin fəaliyyətinə xitam verib”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır