Modern.az

Krımda fövqəladə vəziyyət elan edildi

Krımda fövqəladə vəziyyət elan edildi

Dünya

6 İyun 2018, 00:09

Krım yarımadasında fövqəladə vəziyyət elan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, fövqəladə vəziyyət elan edilməsinə səbəb quraqlığın hökm sürməsidir. Quraqlıq daha çox Kurman, İçki, Curçi və Seyidlər bölgələrində yaşanır.

Krım rəhbərliyi təsərrüfatına ziyan dəyənlərə təzminat ödənəcəyini açıqlayıb.

 

Məlumat üçün bildirək ki, Krımın su təminatının 80 faizi Şimali Krım kanalı, 20 faizi isə su anbarları vasitəsilə həyata keçirilirdi. Lakin, yarımadanın Rusiya tərəfindən işğalından sonra Şimali Krım kanalından su ötürülməsi dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır