Modern.az

Deputat bir gündə iki tədbirdə iştirak edib (FOTOLAR)

Deputat bir gündə iki tədbirdə iştirak edib (FOTOLAR)

3 Sentyabr 2011, 20:09

Seyntyabrın 2-də deputat Novruz Aslanov İsmayıllı rayonunda təşkil edilmiş iki tədbirdə iştirak edib. Azərbaycanın Sənətkarlıq Paytaxtı layihəsi çərçivəsində günün birinci yarısı İsmayıllı şəhərinin mərkəzində inşa edilmiş qala divarları qarşısında təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və deputat Novruz Aslanovla yanaşı, mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyev də iştirak edib.
Geniş sənətkarlıq nümunələrinin bəzədiyi sərgini rayon ictimaiyyəti ilə yanaşı,  qonaqlarda maraqla izləyib. Bu sərgidə Qəbələ, Oğuz, Mingəçevir və digər ətraf rayonlardan gətirilmiş sənətkarlıq nümunələri də nümayiş etdirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatı Novruz Aslanov, mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və onlara gözəl sənətkarlıq əsərlərini yaradaraq Azərbaycanın mədəniyyət sahəsinin inkişafına verdikləri töhəfələrə görə təşəkkür ediblər.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycanın xalq yaradıcılığı paytaxtları" layihəsi çərçivəsində 2011-ci il üçün İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib. Lahıc və Basqal qəsəbələri bütün orta əsrlər boyu Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olub. Lahıcda inkişaf etmiş sənətkarlıq sahələrinin önündə misgərlik durur. Basqal isə həmişə kəlağayısı ilə məşhur olub. Basqal kəlağayısı 1870-ci ildə Londondakı sərgidə gümüş medal qazanıb.

Axşam saatlarında isə rayonun mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin önündə, açıq havada ənənəvi olaraq «Təhsil günü» adı ilə bu il qəbul imtahanlarından 600-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib. Hər il olduğu kimi bu il də deputat və rayon İcra Hakimiyyətinin başçısı  həmin tələbələrə özünün qiymətli hədiyyələrini təqdim edərək onlara yeni tədris ilində uğurlar arzulayıblar.
18 nəfər belə tələbənin hər biri bu tədbiri təşkil edərək onlara göstərilən bu diqqətə görə rayon icra hakimiyyətinin başçısına və deputata öz təşəkkürlərini bildiriblər. Diplomatik korpusların-Rusiya, Yaponiya, Latviya, Belarus səfirlərinin, Türkiyə səfirinin müşavirinin də iştirak etdiyi bu tədbir Xalq Artisti Nazpəri Dostəliyevanın ifasında səslənmiş populyar nəğmələrlə davam edib və sonda atəşfəşanlıqla yekunlaşıb.

 

 

 

 

 

 

 

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı