Modern.az

Meksika futboluçları “fahişə qalmaqalı” ilə üzləşdilər

Meksika futboluçları “fahişə qalmaqalı” ilə üzləşdilər

Dünya

6 İyun 2018, 11:43

Meksikanın futbol yığmasının futbolçuları Dünya Çempionatına getməzdən əvvəl seksual qalmaqala düşüb.

 

Modern.az “TV Notas”a istinadən xəbər verir ki, komanda səfərdən əvvəl fahişələrlə eyş-işrət təşkil ediblər.

 

Səfərdən əvvəl milli yığmanın 9 futbolçusunun Mexiko yaxınlığında ev tutaraq 30-a yaxın fahişə ilə eyş-işrət təşkil etdiyini bildirib.

Həmin futbolçular içərisində komandanın fovaritləri Raul Ximenes, Qilyermo Oçoa, Covanni Dos Santos, Karlos Salsedo və Marko Fabian da olub.

 

Meksika Futbol Federasiyası futbolçuları cəzalandırmayacağını bildirib. Belə ki, futbolçular heç bir məşqi buraxmayıb və hadisə də onların idmanda azad vaxtlarında baş verib.

 

Qeyd edək ki, Meksika yığması səfərdə Almaniya, Cənubi Koreya və İsveç yığmalarına qarşı oynayacaq.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır