Modern.az

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub

4 Sentyabr 2011, 15:12

Senytabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub. O, Rusiyada tanınmış iş adamı olmuş və 2003-cü ildə vəfat etmiş Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Modern.az-ın məlumatına görə, bu barədə həm Azərbaycanın yerli, həm də Rusiya KİV-ləri xəbər yayıblar.  

Məsələn, İTAR-TASS-ın məlumatında toyun Xəzər dənizi sahilində, Bilgəh qəsəbəsindəki yeni "Amburan-esteyt" istirahət mərkəzində - açıq havada keçirildiyi bildirilib. Mərasimdə ailələrin yaxın qohum və dostlarının, eləcə də Azərbaycanda akkreditasiya olunmuş bir sıra diplomatik missiyaların rəhbərlərinin iştirak etdiyi qeyd olunub. Toyun kifayət qədər təvazökar, bununla belə, olduqca nəfis təşkil edildiyi xəbər verilir. Süfrədə Avropa elementlərinin də əlavə edildiyi Azərbaycan mətbəxinin xörəkləri olub. Mərasimdə yalnız Azərbaycan müğənniləri iştirak ediblər.

Məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev və həyat yoldaşı Svetlana Medvedeva da Azərbaycanın dövlət başçısı və onun xanımı Mehriban Əliyevanı teleqramla təbrik ediblər

Azərbaycan Prezidentinin kürəkəni 23 yaşlı Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda atasından miras qalan ailə biznesinin idarəsi ilə məşğul olur.
22 yaşlı Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI