“Siyasi partiyalar haqqında” qanun layihəsinin mübahisəli məqamları
Çingiz Qənizadə: “İctimai siyasi proseslərə təsir edə biləcək partiyaların maliyyələşməsi dövlət tərəfindən təmin olunmalıdır”
“Siyasi partiyalar haqqında” qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim olunacaq. Təqdim olunan format artıq beynəlxalq təşkilatlar tərəfindən də rəy alıb. Bu barədə Modern.az saytına komitədən məlumat verilib.
Layihənin heç bir siyası tərəfi olmayan deputatlat tərəfindən təqdim olunacağı da gözlənilir.
Çünki istənilən halda bu qanundan daha çox hakim Yeni Azərbaycan Partiyası yararlanacaq. Bu isə həmin partiyanın son 18 ildə bütün seçkilərdə qələbə qazanması ilə bağlıdır. Ona görə də belə qərara alınıb ki, bu sənəd heç bir tərəfi olmayan qüvvələr tərəfindən təqdim olunsun.
Sənəd barədə başqa bir məlumat da var. Partiyaların maliyyələşdirilməsi zamanı seçkilərdə yer qazanan partiyalara, yoxsa ölkənin ictimai-siyası həyatında yeri olan partiyalara üstünlük verilməlidir məsələsi ilə bağlı hələlik fikir yetkinliyi yoxdur. Seçkilərədə yer alanlar, yoxsa qeydiyyatdan keçənlər...?
Məlumata görə bununla bağlı otrada mübahisəli məqamlar var.
Bəs hüquqşünaslar nə düşünür?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az saytına bildirib ki, indidən hansı məsələlərə üstünlük verəcəyini demək istəmir: “Belə bir layihə var və bunun üzərində iş gedir. Hələlik komitənin müzakirəsinə çıxarılmayıb. Mən də çalışacam ki, bu məsələdə aktiv iştrak edim. Hər halda hesab edirəm ki, qanun layihəsi elə olmalıdı ki, ədalət prinsipi pozulmasın və partiyaların qanunla fəaliyyətinin tənzimlənməsi, maliyyələşməsi məsələsi demokratik dövlətlərdə olduğu kimi olsun. Digər qanunların qəbulu zamanı biz bu standartlara dəyər və üstünlük veridiyimiz kimi, burda da o dəyərlərə üstünlük verəcəyik. Mən də çalışacam ki, ədalət prinsipi pozulmasın. Hələlik heç nə deyə bilmərəm, çünki qanun layihəsi nə bizdə var, nə də konkret olaraq müzakirəyə çıxarılıb. Bu baxımdan xırda detalları şərh etmək fikrində deyiləm”.
Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsində hansı varianta üstünlük verəcəyinə gəlincə, millət vəkili bildirib ki, Azərbaycanda kifayət qədər partiyalar var, onların bir qismi 5-3 nəfərdən ibarət fəaliyyətsiz partiyalardı, bir qismi isə özündə kifayət qədər müəyyən bir kütləni əhatə edir, ölkədə kifayət qədər tanınır və fəaliyyət göstərir:
“Bəzi böyük partiyalar var ki, parlamentə düşməyiblər, əvvəllər onlar parlamentdə olublar, indi isə düşməyiblər. Onların ölkənin bütün regionlarında kifayət qədər dayaq dəstələri, rayon şöbələri fəaliyyət göstərir. Hesab edirəm ki, burada söhbət təkcə qeydiyyatdan getmir, real partiyalar və ölkə ictimayyəti tərəfində qəbul olunan partiyalar, həm də parlamentdə təmsil olunan partiyalar var. Bunların arasında müəyyən fərq ondan ibarətdir ki, bəziləri parlamentə düşməyib. Hesab edirəm ki, bu gün Azərbaycanda ictimai-siyasi proseslərə təsir edə biləcək partiyalar var və onların maliyyələşməsi dövlət tərəfindən təmin olunmalıdı”.
Modern.az