ABŞ prezidenti Donald Tramp Kim Çen In ilə görüşü barədə danışıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp iyunun 12-də Sinqapurda onun KXDR lideri Kim Çen In ilə görüşü üçün hər şey hazır olduğunu qeyd edib.
Vaşinqton administrasiyasının rəhbəri bunu Yaponiyanın baş naziri Sindzo Abe ilə Ağ evdə görüşü zamanı jurnalistlərə deyib.
"Zirvə görüşü tam hazırdır", - deyə Tramp bildirib.