Modern.az

Erməni Qaregin istefaya getməkdən imtina etdi

Erməni Qaregin istefaya getməkdən imtina etdi

Dünya

8 İyun 2018, 19:17

Bütün ermənilərin katolikosu II Qaregin istefaya getməkdən imtina edib.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı erməni yepiskop Arşak Xaçaturyan yayıb. O, Eçmiədzinin hələ də etirazçıların nə istədiyini anlamadığını deyib.

 

Onun sözlərinə görə, etirazçıların bütün problemlərin həllini katolikosun istefasında görməsi doğru deyil.

 

Qeyd edək ki, bundan öncə İrəvanda II Qareginin istefasıyla bağlı etiraz aksiyaları keçirilib. Aksiyalara erməni keşişlər də qoşulublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır