Modern.az

Dünya Gənclər Bankı Şəbəkəsinin Bakıdakı ofisində 50 nəfər işləyəcək

Dünya Gənclər Bankı Şəbəkəsinin Bakıdakı ofisində 50 nəfər işləyəcək

Qarabağ

6 Sentyabr 2011, 09:33

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyi lə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin  (WYBN) Türkiyə, İran və MDB ölkələri də daxil olmaqla 14 ölkə üzrə Azərbaycanda regional ofisinin açıldı.

Bankın Türkiyə, İran və MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli Modern.az saytına bildirib ki, regional ofis 14 ölkənin hər biri üçün ayrı-ayrılıqda iş planı hazırlayıb.

“Həmin proqramlar mərkəzi ofisimiz Cenevrə tərəfindən məsləhətləşmələr nəticəsində hazırlanıb. Dünya Gənclər Bankı Şəbəkəsi BMT-nin milli çağırış bəyannaməsinə uyğun olaraq fəaliyyət göstərir. Bu bəyannamədə göstərilir ki, bizim işimiz dünya bankçılığıdır, yəni dövlət, özəl sektor və vətəndaş cəmiyyətilə birgə işləməkdir. Biz gənclərin ilk növbədə işsizlik probleminin həlli məsələsi üzərində ciddi olaraq dayanmışıq. Bunun çıxış yolları kimi öncə təhsilli gənclərə kömək edəcəyik ki, təhsil səviyyələrinin kvalifikasiyalarını artıra bilsinlər. Bildiyimiz kimi ali təhsil müəssisələrini yenicə bitirmiş və əlinə diplom almış məzunların hər hansı bir özəl şirkətdə işlə təmin olunması problemi, bu gün nəinki Azərbaycanda eləcə də dünyanın bir çox ölkələrində mövcüddür. Çünki normal bir şirkət hər zaman təcrübəli mütəxəssisə daha çox üstünlük verir. Biz də problemin aradan götürülməsi üçün öncə çalışacağıq ki, regional ofisin nəzdində yaradılan gənclərin təlim mərkəzində gənclərin kvalifikasiyalarını qaldıraq və buna görə xaricdən müxtəlif ekspertlər gətirək. Həmin gənclər burda kvalifikasiya kursu keçdikdən sonra, biz onları xaricdə və fəaliyyət göstərdiyimiz areal çərçivəsində müxtəlif şirkətlərə iş prosesinə göndərəcəyik ki, onlar öyrəndiklərini praktikada tətbiq edə bilsinlər”.

V.Hüseynli bildirib ki, noyabr ayında Dünya Gənclər Bankı Şəbəkəsinin  regional ofisi Azərbaycanda ilk dəfə olaraq MDB gənc iş adamlarının “Yaşıl texnalogiyalar” adlı konfransını təşkil edəcək.

”Artıq bununla bağlı müəyən işlər həyata keçirilir. Gələn ilin  mart ayı üçün də iki böyük konfransımız nəzərdə tutulub. Regional ofisin nəzdində departamentlər artıq fəaliyyətə başlayıb. Bunlardan biri Turizim departamentidir. Bu sahədə də bizim müəyyən ciddi proyektlərimiz olacaq. Sivil bankçılıqla bağlı MDB ölkələrinin bankları ilə müəyyən fəaliyyət quracağıq, bu sırada Azərbaycan da təmsil olunacaq.
Ümumiyyətlə, nəticə etibarı ilə biz BMT-nin sosial və iqtisadi şurasının himayəsi altında fəaliyyət göstərən bir qurum olduğumuz üçün, əsas işimizi gənclərlə quracağıq. Söhbət 38 yaşadək olan gənclərdən gedir”.

V.Hüseynlinin sözlərinə görə, hazırda regional ofisin 15 nəfərlik işçi qrupu fəaliyyət göstərir. Yaxın zamanlarda işçi heyətinin sayının 50 nəfərə çatdırılması nəzərdə tutulub.

Mail Ağaxanov  

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal