Modern.az

Deputatlar USAİD-in Parlament Proqramından danışdılar

Deputatlar USAİD-in Parlament Proqramından danışdılar

6 Sentyabr 2011, 12:41

Milli Məclisin deputatlarə Amerikanın USAİD təşkilatının Azərbaycan Parlament Proqramına fikir bildiriblər.

Modern.az saytına açıqlamasında millət vəkili Asim Mollazadə bildirib ki, parlament peşəkarlığının artırılması, qanunvericiliyin təkmilləşdirilməsi baxımından bu kimi praqramların olması böyük əhəmiyyətə malikdir:
“Hər halda demokratik ölkələrin parlamentləri ilə uyğunlaşmağımız üçün Milli Məclisin çevik, güçlü fəaliyyəti mütləq vacibdir. Buna görə də bu proqramın əhəmiyyətini ciddi qəbul edirəm. Və bu proqram daha çox deputat köməkçiləri ilə bağlıdır. Xarici ölkələrin təcrübəsi göstərir ki, vaxtilə deputat köməkçiləri işləmiş şəxslər sonradan siyasətdə böyük işlərlə məşğul olublar, Konqresdə fəlaiyyət göstəriblər. İndi də belədir”.

Xüsusilə də demokratik ölkələrin təcrübəsinin Azərbaycanda mənimsənilməsi baxımdan bu proqramın əhəmiyyətinin böyük olduğunu deyən deputat düşünür ki, belə proyektlərin sayı daha çox olmalıdır.

Parlament Proqramının əhəmiyyətini xüsusi qiymətləndirən millət vəkili Jalə Əliyeva deyir ki, bu proqramun deputat köməkçilərinin təcrübə qazanmasında mühüm rolu olub.

“Bununla belə, mən böyüklüyü və kiçikliyindən asılı olmayaraq heç bir beynəlxalq təşkilatın Azərbaycana diqtə etməsinin tərafdarı deyiləm. Hesab edirəm ki, hər bir təşkilat, proqram Azərbaycandakı milli maraqları da nəzərə almalıdır. Xaricə inteqrasiyanın tərafdarıyam, Parlament Proqramının əhəmiyyətini qeyd etmək istəyirəm. Ancaq bu proqramın içində diqtə edən elementlər də görmüşüm”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı