Modern.az

Avtomobil supermarketə çırpıldı: 14 yaralı

Avtomobil supermarketə çırpıldı: 14 yaralı

10 İyun 2018, 20:16

Avtomobilin naməlum səbəbdən supermarketə çırpılması nəticəsində 14 nəfər xəsarət alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Yaponiyanın Sibukava şəhərində qeydə alınıb.

Yerli polisin məlumatına əsasən, insident yerli vaxtla təxminən saat 16:00-da baş verib. Avtomobili 55 yaşlı kişinin idarə etdiyi bildirilir.

Xəsarət alanların 9-nun vəziyyəti ağır, 5-nin isə orta ağır kimi dəyərləndirilir.

İnsidentin səbəbi araşdırılır. Digər təfərrüatlar barədə məlumat verilmir.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU