Modern.az

Qəddafi tapılmır...

Qəddafi tapılmır...

Dünya

6 Sentyabr 2011, 17:55

Nigerin xarici işlər naziri Kütləvi İnformasoiya Vasitələrində Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin Nigerə daxil olması ilə bağlı xəbərləri yalanlayıb. Modern.az-ın məlumatına görə, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

“Bu məlumatlar yalandır. Qəddafi barədə heç söhbət də yoxdur” deyə xarici işlər naziri Məhəmməd Bazuma qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl xarici KİV-lər və Liviyadakı Milli Keçid Şurasının nümayəndəsi Müəmmər Qəddafi və oğlu Seyfəlislamın da olduğu ehtimal edilən 200 hərbi maşından ibarət karvanın Nigerə keçdiyini bildirmişdilər. Həmin məlumata görə, onlar Qəddafi və ailəsinə dəfələrlə sığınacaq verməyə hazır olduğunu  bəyan edən Burkino-Faso dövlətinə kecə bilərlər.

“Əslində Nigerə Liviya hökümətində bu və ya digər yüksək vəzifələrdə olmuş bir neçə nəfər gəlib. Ancaq onlar arasında bir nömrəli ailə, o cümlədən Müəmmər Qəddəfinin özü və oğlu yoxdur” deyə xarici işlər naziri əlavə edib.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza