Milli Məclisin növbədənkənar iclası başlayıb.
Modern.az-ın məlumatına görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir. Spiker növbədənkənar iclası açıq elan edib. Daha sonra isə Dövlət Himni səsləndirilib.
Spiker bildirib ki, iclasın gündəliyindən 1 məsələ çıxarılıb. Bununla da iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 22-yə düşüb.
Qeyd edək ki, Azərbaycanda avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılmasını nəzərdə tutan qanun layihəsi gündəlikdən çıxarılıb.