Modern.az

Arda Turan Avstriya ilə oyunda Türkiyəni qələbədən məhrum etdi

Arda Turan Avstriya ilə oyunda Türkiyəni qələbədən məhrum etdi

Təhsil

7 Sentyabr 2011, 08:38

Futbol üzrə Avropa Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində A qrupunda Azərbaycan-Qazaxıstan matçı ilə yanaşı Avstriya-Türkiyə qarşılaşması da keçirilib.

Bu qrupda ikincilik uğrunda mübarizə aparan Türkiyə millisinə rəqiblərdən aralanmaq üçün mütləq qələbə lazım idi. Türkiyə bu oyunda qələbə qazanarsa, ən yaxın izləyicisi Belçikanı 4 xal qabaqlamış olacaqdı. Bu isə qardaş ölkənin yığmasını AÇ-2012-nin final mərhələsinə bir qədər də yaxınlaşdıracaqdı.
Lakin Türkiy millisi bu oyunda qələbə qazana bilmədi, heç-heçə etdi. Ötən dəfə Qazaxıstanla qarşılaşmanın qəhrəmanı olan Arda Turan bu dəfə antiqəhrəmana çevrilib. Beləki o, Avstriya ilə matçın son dəqiqələrində təyin olunan penaltini qola çevirə bilməyib.

İndi ikinci yerdə olan qardaş ölkənin yığması AÇ-2012-nin final mərhələsinə çıxmaq üçün qalan iki oyunu da qələbə ilə başa vurmalıdır. 

Azərbaycan – Qazaxıstan 3:2
Avstriya – Türkiyə 0:0


Komanda

O

Q

H

M

T/F

X

 Almaniya

8

8

0

0

28-5

24

 Türkiyə

8

4

2

2

11-8

14

 Belçika

8

3

3

2

16-11

12

 Avstriya

8

2

2

4

12-16

8

 Azərbaycan

8

2

1

5

9-21

7

 Qazaxıstan

8

1

0

7

5-20

3



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım