Modern.az

Deputat İcra Hakimiyyətini ittiham etdi

Deputat İcra Hakimiyyətini ittiham etdi

12 İyun 2018, 12:58

“Son vaxtlar ekologiya ilə bağlı ciddi problemlər müşahidə edilir”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Bakıda ağacların qırılması və yerində göydələnlərin tikilməsi ekoloji durumu pozur.

“Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac qıranlara qarşı cərimələr tətbiq edir. Amma buna rəğmən ağacların qırılması halları davam edir”.


Deputat xatırladıb ki, Göyçayda körpünün çökməsi də ekoloji tarazlığın pozulmasının nəticəsidir:


“Qubada çınqılların daşınması Vəlvələ çayı üzərində olan körpünün uçmasına səbəb oldu. Çınqılların daşınması ilə bağlı lisenziyalar necə verilir? Nəyə görə, yerli icra hakimiyyəti lisenziya verməlidir, amma məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşımalıdır?”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər