Modern.az

Ahıska türkləri Türkiyə Böyük Millət Məclisinə müraciət etdilər

Ahıska türkləri Türkiyə Böyük Millət Məclisinə müraciət etdilər

Təhsil

7 Sentyabr 2011, 12:19

Müraciətdə qeyd edilir ki, ahıska türkləri 1991-ci ildə sovet rejimi dağlandan sonra müəyyən təzyiqlər ucbatından Türkiyənin Bursa, Antalya, İzmir, Kocaeli, İstanbul və digər bölgələrində yerləşiblər. Təxminən 45.000 nəfərdən ibarət ahıska türkü qarşı-qarşıya qaldıqları hüquqi problemlərin həlli üçün Türkiyə Böyük Millət Məclisinə olan sarsılmaz inancla yardım istəyiblər.

Bu məsələlər daha çox vətəndaşlıqla bağlıdır. Məlumatı Modern.az  saytına Ahıska türklərinin təmsilçisi, Dünya Ahıska Türkləri Birliyinin könüllü araşdırıcı jurnalisti Məhəmməd İzzətoğlu verib.

Müraciətə Dünya Axıska Türkləri Birliyi İdarə heyətinin sədri və üzvləri imza atıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım