Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabahdan Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Sentyabrın 8-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Ümumiyyətlə, yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Modern.az