Modern.az

QHT Şurası və KİVDF-nin müstəqilliyin 20-ci ildönümü ilə bağlı hansı planları var?

QHT Şurası və KİVDF-nin müstəqilliyin 20-ci ildönümü ilə bağlı hansı planları var?

Qarabağ

7 Sentyabr 2011, 12:55

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü ilə əlaqadar vətəndaş cəmiyyəti haqqında kitab buraxacaq. Bu barədə Modern.az saytına QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov məlumat verib.

O, bildirib ki, QHT Şurası hazırda həmin kitab üzərində işləyir.
“Dövlət qurumlarının və vətəndaş cəmiyyəti təmsilçilərinin Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqadar fikirləri həmin kitabda öz əksini tapacaq. Hazırda kitab üzərində iş gedir, ilin sonuna həmin kitab ictimaiyyətə təqdim olunacaq”.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu isə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqadar Bakıda və regionlarda tədbirlər keçirəcək. Bu barədə Modern.az Fondun icraçı direktoru Vüqar Səfərli  məlumat verib.

Vüqar Səfərli bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu müstəqilliyin 20-ci ildönümü ilə əlaqadar hər hansı müsabiqə elan etməyəcək. O, bununlıa bağlı sualımızı əsəbi tonda qarşılaylb: “Nə müsabiqə, bilmədiyiniz sualları niyə verirsiz” deyə V.Səfərli bildirib.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal