Modern.az

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın yollarındakı radarların sayını açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın yollarındakı radarların sayını açıqlayıb

7 Sentyabr 2011, 16:03

Avtomobilin sürətini ölçən cihazlar (radar) sürücülərin yollarda ciddi narahatlığına səbəb olduğundan onlar həmişə bundan şikayətlənirlər. Bəzi hallarda həmin cihazların gizli yerlərdə qoyulması ilə razılaşmayan sürücülər bildirirlər ki, yol polisi bu cihazları qəsdən gizli yerlərdə qoyur ki, uzaqdan sürətlə gələn avtomobil radara düşsün. Sürücülər son vaxtlar respublikanın yollarında radarların sayının artdığını bildirirlər. Modern.az saytının əməkdaşı Respublika Baş Dövlət Yol Polisi İdarəsindən respublikanın yollarındakı radarların sayını dəqiləşdirib.

“Ölkə ərazisində 120-ə yaxın radar var. Yollarda radarların artırılması düşünülmür”.

Bu sözləri Modern.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, ölkədə kifayət qədər radar var.

 “Yeni radarların quraşdırılması hələlik nəzərdə tutulmur. Ümumiyyətlə gələcəkdə radarlar sürücülərin sürətli hərəkət etdiyi yerlərdə və ya əhəmiyyətli yollarda quraşdırıla bilər. Hazırda isə yollarımızda radarların sayı kifayət qədərdir”.

K.Əliyev son vaxtlar metronun "20 yanvar" stansiyasının yaxınlığından Biləcəri dairəsinə qədər olan yolda yaranan tıxaca da münasibət bildirib. O qeyd edib ki, tıxac ekoloji postun qarşısında gedən qazıntı işləri nəticəsində yaranmayıb.
“Bu kimi hallar çox vaxt müşahidə olunur. Sürüclərin tələsəkənliyi və səriştəsizliyi uzunmüddətli tıxacların yaranmasına səbəb olur”.

Baş Dövlət Yol Polisi İdarəsi radarlar gizli yerlərdə də qoyula biləcəyini qanuni sayır.     
Bəzi sürücülərin sözlərinə görə, onların avtomobilləri indiyədək yolların kənarında ən ağılagəlməz yerlərdə qoyulan radarlara düşüb və saxlanılaraq cərimələniblər. Sürücülər belə halların qanunsuz olduğunu deyirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə saytımıza bildirilib ki, avtomotik işləyən sürətölçən cihazın, yəni radarın istənilən yerdə, hətta gizli yerlərdə qoyulması da qanunidir.
Qanunla radara düşən maşın saxlanılmalı, cihazın göstəricisinə əsasən yol polisi tərəfindən protokol tərtib edilməli və radarın göstəricisi, yəni fotoşəkil tərtib edilmiş protokola əlavə olunmalıdır.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi