Modern.az

İlham Əliyev 92 nömrəli orta məktəbə gedib

İlham Əliyev 92 nömrəli orta məktəbə gedib

Təhsil

7 Sentyabr 2011, 16:13

Prezident İlham Əliyev sentyabrın 7-də Xəzər rayonunun Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ümumi vəziyyəti ilə tanış olub. 

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyevə 92 nömrəli orta məktəb binasında həyata keçirilən təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib və bildirilib ki, ikimərtəbəli məktəb binası 1969-cu ildə istifadəyə verilib. 480 şagird yerlik orta məktəbdə birinci növbədə 436 şagird oxuyur. İkinci növbədə isə Laçın rayonunun Malıbəy kəndindən olan 80 şagird təhsil alır. Dövlət Proqramına uyğun olaraq həyata keçirilən təmir işləri zamanı məktəb binası tamamilə müasir səviyyədə yenidən qurulub, ikinci mərtəbədə əlavə 6 sinif otağı tikilib, siniflər yeni partalarla təmin edilib, qapı və pəncərələr dəyişdirilib, döşəmə əsaslı şəkildə yenidən qurulub, tavan tam bərpa edilib. Məktəbdə müasir istilik sistemi də quraşdırılıb. 
Dövlət başçısı yeni qazanxananın qış mövsümünə qədər tikilib işə salınması ilə bağlı tapşırıqlar verib.  
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev məktəbin yaxınlığındakı ərazidə şagirdlərin və qəsəbə sakinlərinin istifadəsi üçün yeni idman kompleksinin inşa olunması ilə bağlı tapşırıqlar da verib. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım