Modern.az

Hafiz Hacıyev partiyasında Qərbi azərbaycanlılarla iş üzrə şöbə yaratdı

Hafiz Hacıyev partiyasında Qərbi azərbaycanlılarla iş üzrə şöbə yaratdı

Təhsil

7 Sentyabr 2011, 16:21

Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin  növbəti  toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatına görə, toplantıda son günlər ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Eyni zamanda son günlər  rayon təşkilatlarında təmizləmə əməliyyatı aparan partiya  yeni qərarlar qəbul etmək üçün müzakirələrə başlayıb.

Məlumatda o da qeyd edilib ki, müzakirələr zamanı ilk alınan qərar partiyanın strukturunda yeni, gündəmə uyğun dəyişikliklər və yeniliklər olub.

“Fəaliyyəti dövründə  Qərbi Azərbaycan məsələsində həmişə siyasi dəstəyini əsirgəməyən partiya  həmin regiondan olan üzvlərinin saysız şıkayətinə, ölkədə onlara qarşı yaradılan təzyiqlərə, represiyalara, haqsızlıqların qarşısının alınmasına, həmçinin Qərbi azərbaycanlıların pərakəndəlikdən qurtulub  bir araya toplanmasına kömək məqsədi ilə yeni bir şöbə yaratmağa qərar verib. Beləliklə MMP –də Qərbi Azərbaycanlıların yaddan çıxmış problemlərinin həlli və siyasi baxımdan proseslərə müdaxilə etmək gücünü bərpa etmək  niyyəti ilə Qərbi azərbaycanlılarla iş üzr’ şöbə yaradılıb”.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, yaxın günlərdə  MMP-də  daha bir neçə ciddi qərarlar veriləcəyi gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım