Modern.az

Deputatların QHT-lərinə də qrant verildi

Deputatların QHT-lərinə də qrant verildi

7 Sentyabr 2011, 22:57

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti maliyyə yardımı müsabiqəsinnin nəticələri elan ediləndən sonra iki deputatın da QHT-sinin qalib sayıldığı məlum olub.

Modern.az saytının məlumatına görə, deputat Sahibə Qafarovanın sədri olduğu “Qadınların Təhsil Mərkəzi” İctimai Birliyinə 5500 manat, deputat Astan Şahverdiyevin sədri olduğu “Yardım və İnkişaf Assosiasiyası” Beynəlxalq Humanitar İctimai Birliyinə isə 3500 manat qrant ayrılıb.
Sahibə xanımın QHT-si “Türkiyə universitetləri üçün Qarabağ həqiqətləri” layihəsi gerçəkləşdirəcək.

Astan müəllim isə işğal edilmiş rayonlardan olan  məcburi köçkün tələbələrin iş yeri tapmasına kömək məqsədilə “İnternet və veb-dizaynın əsasları” kurslarının təşkili ilə məşğul olacaq.

Adəm Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı