“Fələstinlilərə dəstək olduğuna görə Çin hökuməti Türkiyənin mövqeyini bölüşür”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Çinin Xarici İşlər naziri Van İ türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı söyləyib.
O, Fələstindəki hadisələrin ədalətsizlikdən qaynaqlanan məsələ olduğunu deyib: “Çin tərəfi olaraq biz ədalətin, fələstinlilərin tərəfindəyik. Fələstinlilərə dəstək olan bütün ölkələrin, eləcə də Türkiyənin yanındayıq”.