Modern.az

Ombudsman Milli Məclisin deputatlarını qınayıb: "Onlar bu sənədin əleyhinə çıxırlar"

Ombudsman Milli Məclisin deputatlarını qınayıb: "Onlar bu sənədin əleyhinə çıxırlar"

8 Sentyabr 2011, 13:42

Azərbaycanın Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova milli Məclıisin deputatlarını qınayıb. Modern.az saytının məlumatına görə, E.Süleymanova bildirib ki, bəzi deputatlar yeni amnistiya aktının qəbulunun əleyhinə çıxırlar. “Halbiki belə bir sənədin qəbulu ölkəmizin demokratik inkişafı üçün müsbət nəticələr verə bilər” - deyə Ombudsman E.Süleymanova bildirib.

E.Süleymanova xatırladıb ki, o, yeni amnistiya aktının qəbulu təklifi ilə Milli Məclisə müraciət edib.

Bir neçə gün öncə Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsindən Modern.az-a bildirlib ki, məhkumların kütləvi azadlığa buraxılmasını nəzərdə tutan amnistiya aktı ilə bağlı məsələ Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Dövlət quruculuğu və hüquq siyasəti komitəsindən saytımıza onu da bildiriblər ki, komitə artıq Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı böyük amnistiya aktının layihəsini hazırlamağa başlayıb, sənəd üzərində iş gedir.

Azərbaycanda sonuncu amnistiya aktını Milli Məclis tərəfindən 2009-cu il martın 17-də millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilib. "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" adlanan həmin akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb.

1995-ci ildən indiyə qədər 9 amnistiya aktı qəbul olunub və bu, 90 minə yaxın məhkuma şamil olunub.

İndiyədək Azərbaycanda 48 əfv fərmanı və sərəncamı verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı