Modern.az

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi keçirilir

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi keçirilir

Dünya

16 İyun 2018, 22:52

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ilk səsvermə gömrük-keçid məntəqələrində və xarici ölkələrdə başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səsvermə Türkiyə Ali Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qrafik əsasında keçirilir. Təxminən 3,5 milyon Türkiyə vətəndaşı 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəlikdə, o cümlədən ölkədən çıxan vətəndaşlar 36 gömrük-keçid məntəqəsində səsvermədə iştirak edə biləcəklər.

Xarici ölkələrdə və gömrük-keçid məntəqələrində səsvermə iyunun 23-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur