Modern.az

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatdı

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatdı

Dünya

17 İyun 2018, 12:19
Şənbə günü Əfqanıstanın şərq əyaləti Nanqarharda kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, daha 65 insan yaralanıb.
 
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.
 
Bundan əvvəl Ramazan bayramı günü törədilən partlayış zamanı 26 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı bildirilirdi.
 
İŞİD terror təşkilatı partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb.

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur