Modern.az

Deputat açılışda iştirak edib (FOTOLAR)

Deputat açılışda iştirak edib (FOTOLAR)

Parlament

9 Sentyabr 2011, 11:04

Seyntyabrın 8-də deputat Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Bu dəfə də deputat rayonda təşkil olunmuş iki tədbirdə iştirak edib. İlk olaraq rayon təhsil işçilərinin konfransında iştirak edən millət vəkili öz çıxışında təhsil sahəsində əldə olunan uğurlardan söhbət açıb. Bu sahənin prioritet olduğunu önə çəkərək dövlət başçısının müvafiq sərəncamları ilə bu sahədə həyata keçirilən tədbirlər, aparılan islahailar, bu istiqamətdə Milli Məclis tərəfindən qəbul olunmuş qərarlar, mövcud qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə konfrans iştirakçılarına məlumat verib. Rayonun müxtəlif kəndlərində yeni inşa edilmiş orta məktəbləri, xüsusilə Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binalarının tikintisini və əsaslı təmirini bir daha qeyd edib.

Konfransda bu il təhsil sahəsində rayonda görülən işlər və qarşıda duran vəzifələrə dair çıxışlar edilib, yeni təhsil ilində hayata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Konfransdan sonra deputat rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə Çəmənli kəndində yeni istifadəyə verilmiş subartezian quyusunun açılışında iştirak ediblər.

“Məlumat üçün bildirək ki, içməli su ilə kəndlərin təminatı istiqamətində Novruz Aslanov əlaqədar təşkilatlarla sıx əməkdaşlıq edir. Bir neçə belə təşkilat qarşısında müvafiq qaydalara uyğun olaraq məsələ qaldırılıb və işlər icraata götürülüb. Qarşıdakı illərdə də bir neçə kənddə subartezian quyularının qazılması nəzərdə tutulub. Ümumiyyətlə, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bütün bölgələrdə olduğu kimi İsmayıllı rayonunda da kifayət qədər işlər görülüb və bu işlər bu gün də davam edir”-deyə deputatın qərargahından Modern.az-a bildirilib.







Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı